Rusiya və Çin BMT TŞ-nin təcili iclasını çağırdılar

Baxış sayı:
5659

Rusiya və Çin ABŞ-ın orta mənzilli raketlər hazırlamaq planı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırıblar.

Bunu RİA Novosti-yə açıqlamasında Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin səlahiyyətlərinin icraçısı Dmitri Polyanski deyib. O, iclasında cümə axşamı keçiriləcəyini bildirib.

Qeyd edək ki, ABŞ bundan öncə özünün orta mənzilli raketlərinin sınağını artırıb. Vaşinqton, həmçinin, Asiya-Sakit okean hövzəsində raketlərini yerləşdirmək fikrində olduğunu açıqlayıb.