Rusiya və ABŞ təyyarələri qarşı-qarşıya gəldi: Rus qırıcısından qorxulu hərəkətlər

Baxış sayı:
5638

ABŞ Donanmasından edilən yazılı açıqlamada, "5 noyabr 2018-də Qara dəniz üzərində beynəlxalq hava məkanında uçan ABŞ-a aid EP-3 təyyarəsinə qarşı bir Rus Su-27 reaktivi təcavüz xarakterli hərəkətlər edib . Su-27-nin, pilot və ekipajı riskə atacaq şəkildə yüksək sürətdə ABŞ təyyarəsinin qabağına keçməsinə görə bu yaxınlaşma təhlükəli vəziyyət yaradıb" deyə qeyd edilib.
 
SONU PİS BİTƏ BİLƏRDİ
 
Açıqlamada, Rus qırıcısının ABŞ kəşfiyyat təyyarəsinin qarşısından bir neçə dəfə keçdiyini, bu zaman təyyarənin sürətini artıran və təyyarənin çirkli qazından od çıxaran "ard-yanma" xüsusiyyətini istifadə edərək Amerika təyyarəsində turbulentlik və titrəyişə səbəb olduğu qeyd edilib.
Açıqlamada "Rus təyyarəsinin bu məsuliyyətsiz davranışı təxminən 25 dəqiqə davam edib. Rus ordusunun da beynəlxalq hava məkanında təlim aparmaq hüququ var, ancaq bu cür hərəkətlər çox məsuliyyətsiz idi " deyə bildirilib.
Müxalifət.az