Rusiya və ABŞ Suriyanı müzakirə edəcək

Baxış sayı:
5113

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rus mətbuatına verdiyi açıqlamada, Rusiya və ABŞ-ın Suriya məsələsi ilə bağlı təmasa keçəcəyini söyləyib. Ryabkov, "Suriya məsələsi üzərində müxtəlif istiqamətlərdəki danışıqlarımız hələ bitməyib. Fövqəladə həssas, ya da xüsusi bir şey görmürəm. Görüşlər və danışıqlar hər zaman mediaya bildirilmir. Müxtəlif mövzulardakı danışıqlarımız davam edir. Və yaxın zamanda başqa bir mövzu üzərində də əlaqəyə keçəcəyik" deyib.
Müxalifət.az