Rusiya və ABŞ razılığa gəldi

Tərəflər 3 illik danışıqlardan sonra razılığa gəldilər

Rusiya və Amerika arasında 1 milyard dollarlıq müqavilə imzalanıb.

ANS PRESS-in məlumatına görə, müqavilə Rusiyanın "Energiya" qeyri-hökumət təşkilatı ilə ABŞ-ın "Orbital Science Corporation" şirkəti arasında imzalanıb. Razılaşmaya əsasən Rusiya ABŞ-a "Antares" raketi üçün 60 RD-181 mühərriki göndərəcək. İlk iki mühərriki Amerika şirkətinin bu ilin iyun ayında əldə edəcəyi bildirilib.

"Energiya"nın prezidenti Vladimir Solntsevin sözlərinə görə, tərəflər 3 il idi ki, müqavilə üzərində işləyirdilər.

Mühərrik RD-191 mühərrikinin dəyişdirilmiş formasıdır və məhz "Antares" daşıyıcı raket üçün hazırlanıb. Bildirilib ki, bu mühərrikin sayəsində raket Beynəlxalq Kosmik Stansiyaya daha çox faydalı yük çatdıra biləcək.