Rusiya və ABŞ-ın buna haqqı yoxdur - Slutskiy

Rusiya və ABŞ ikitərəfli münasibətləri daha konstruktiv etməyə müvəffəq olacaqlar.
Axar.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutskiy söyləyib. Onun sözlərinə görə, iki nəhəng nüvə gücünün beynəlxalq əlaqələri neqativ olduqda bu, təhlükəlidir və bütün dünyaya təhdiddir:
“İki nüvə gücünün bir-biri ilə pis əlaqədə olmağa və münaqişələri növbəti nəsillərə buraxmağa haqqı yoxdur. Əminəm ki, Moskva ilə Vaşinqton arasında daha konstruktiv əlaqələr qurmağa və bir sıra regional münaqişələrin həllinə müvəffəq olacağıq”.