​ Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli danışıqlar

Bu gün ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Rusiya nümayəndəsi ilə görüşəcək.
 
RİA Novosti bildirir ki, görüş Minskdə, mətbuat üçün qapalı şəraitdə keçəcək.
ABŞ Dövlət Departamenti bundan əvvəl bildirmişdi ki, Kurt Volkerin Rusiya nümayəndəsi ilə görüşündə Rusiya-Ukrayna münasibətlərinin müzakirəsi planlaşdırılır.
Dövlət Departamenti Rusiya nümayəndəsinin adını açıqlamayıb, amma daha əvvəl Ukrayna üzrə ABŞ-la dialoqu Rusiya prezidentinin köməkçisi Vladislav Surkov aparırdı.
Diplomatik mənbədən bildirilib ki, görüş günün ikinci yarısına planlaşdırılıb./virtualaz.org