"Rusiya və ABŞ arasında münaqişə olsa, heç kim sağ qalmazdı" - PUTİN

Rusiya və ABŞ arasında açıq və miqyaslı silahlı münaqişə olsaydı, heç kim sağ qalmazdı.
 
Bunu amerikalı kinorejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
Oliver Stoun Rusiya lideri ilə təkbətək söhbət əsasında dördseriyalı sənədli film çəkib. Ekran əsəri 12-15 iyun tarixlərində ABŞ-ın "Showtime" telekanalında nümayiş olunacaq.
"Düşünürəm ki, heç kim sağ qalmazdı", - deyə Putin "Moskva və Vaşinqton arasında qarşıdurma qaynar hərbi mərhələyə keçsəydi, ABŞ üstünlük əldə edə bilərdimi?" sualına cavabında bildirib.
Bundan əlavə, Stoun Donald Trampın prezident seçilməsinin Rusiya-Amerika münasibətlərinin yaxşılığa doğru dəyişməsinə ümid verib-vermədiyi ilə maraqlanıb.
"Ümid həmişə var. Bizi ağ nəleyində qəbrə qoyuncaya qədər", - deyə Putin cavab verib.