“Rusiya üzərindən sanksiyaların götürülməsi mümkünsüzdür” - TİLLERSON

Baxış sayı: 114

Ukrayna üzrə Minsk sazişləri icra olunmadan Rusiya üzərindən sanksiya rejiminin götürülməsi mümkünsüzdür.
 
 “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib. 
 “Biz həmişə Minsk sazişlərinin icrasının vacibliyini vurğulayırıq, bu baş verməzsə, Ukrayna ilə bağlı tətbiq edilmiş sanksiyalarda heç bir dəyişiklik olmayacaq”, - deyə Tillerson qeyd edib.  
 O, atəşkəsin nail olunması istiqamətində aparılan danışıqlar prosesində ABŞ-ın irəliləyişə nail olunacağına ümid etdiyini bildirib: “Ukraynanın şərqində zorakılıq dəhşətli səviyyəyə çatıb”.