Rusiya Ukraynaya sanksiya tətbiq etdi

Baxış sayı:
9553

Rusiyanın baş naziri Dimitriy Medvedev, Ukraynaya qarşı sanksiyaları ehtiva edən sərəncam imzalayıb. Rusiya hökumətinin mətbuat xidmətindən verilən açıqlamada, 322 Ukrayna vətəndaşına və 68 Ukraynalı şirkətə qarşı iqtisadi məhdudiyyətləri əhatə edən sərəncamın, Medvedevin imzası ilə qüvvəyə mindiyi qeyd edilib.
 
Sanksiyaların, Ukraynanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbilə qüvvəyə mindiyi bildirilən açıqlamada, Ukraynanın sanksiyaları ləğv etdiyi təqdirdə Rusiyanın da bu qərarı ləğv edə biləcəyi bildirilib.
Sanksiya qərarı ilə, Ukraynanın dövlət başçısı Pyotr Poroşenkonun oğlu Aleksey Poroşenko, daxili işlər naziri Arsen Avakov, Ukrayna Parlamentinin sədri Andrey Parubiy, keçmiş baş nazirlər Arseniy Yatsenyuk və Yuliya Timoşenko, Poroşenkonun mətbuat katibi Svyatoslav Tsegolko və Ukraynanın dövlət qaz şirkəti Naftogaz-ın sədri Andrey Kobolev kimi şəxslər sanksiya siyahısına salınıb.
Müxalifət.az