​Rusiya Ukraynaya ordu yeritsin, çünki... - Markov

Baxış sayı:
4822

Rusiya Ukraynaya "azadlıq missiyası" adı altında ordu yeridib, Ukraynanın yarısını "xilas etməlidir".
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bunu "Rossiya 1" televiziyasında çıxışı zamanı hazırda Rusiyada mühacirətdə yaşayan Ukrayna Radasının eks-deputatı İqor Markov deyib.
"Ukraynada 20-25 milyon rus var. Əgər biz onları yalnız qoysaq, bu itkilər Böyük Vətən Müharibəsindəki itkilərimizə bərabər olacaq. Aydındır ki, onları heç kim öldürməyəcək, amma rus olmağı da dayandıracaqlar. Ona görə ki, onlar hər zaman bizim onları satdığımızı düşünəcəklər" - deyə o bildirib.