“Rusiya Ukrayna tərəfindən hücum gözləyir ki, onu tam məhv etsin” - JİRİNOVSKİ

Baxış sayı:
8305

Rusiya Ukrayna tərəfindən hücum gözləyir ki, onu tam məhv etsin.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında yayımlanan “Vladimir Solovyovla Bazar Axşamı” verilişində çıxışı zamanı Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski deyib. O, Moskvanın müharibə elanına görə məsuliyyəti üzərinə götürmək istəmədiyini və buna görə də Kiyevin provokasiyasına ümid etdiyini bildirib:
“Sizin yalnız bizə müharibə elan etməyiniz qalıb. Nəticədə sizdən heç nə qalmayacaq. Biz müharibəni ilk elan edən olmayacağıq. Biz sizin nəhayət ki, axmaq olacağınız anı gözləyirik”.