​Rusiya üçün QOXUNC PLAN - Britaniya kəşfiyyatı bu gün AÇIQLAYACAQ

Baxış sayı:
5842

Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsi hadisəsindən sonra təcrid olunmaq riski ilə üz-üzədir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, belə xəbərdarlıqla bu gün Böyük Britaniyanın MI5 əks-kəşfiyyat xidmətinin başçısı Endrü Parker Avropanın xüsusi xidmət orqanlarının başçıları ilə görüşündə çıxış etməyi planlaşdırır.
Nəşrin yazdığına görə, Parker öz çıxışında Kremli beynəlxalq qaydaların kobud pozuntusunda ittiham etmək və başqa ölkələrə xəbərdarlıq etmək niyyətindədir ki, Rusiya hökuməti öz maraqlarını hərbi və kəşfiyyat xidmətlərinin təcavüzkar və çox zərərli hərəkətləri ilə müdafiə edir.
Qəzetin məlumatına görə, Endrü Parker QRU-nun sabiq polkovnikinin zəhərlənməsini “məqsədyönlü və pisniyyətli hərəkət” hesab edir
Xatırladaq ki, martın 4-də İngiltərədə Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliya zəhərlənmişdi. London hadisəyə görə Moskvanı ittiham edib.