​Rusiya üçün fəlakət olacaq - Putinə ikiqat TƏLƏ

Baxış sayı:
6358

Rusiya prezidenti Vladimir Putin Suriyada ikiqat tələyə düşüb.
Bu haqda “Apostrof” nəşrinə müsahibəsində Rusiya politoloqu və publisisti Andrey Piontkovskiy bildirib.
Onun sözlərinə görə, Rusiya liderini islam dünyasında sünnilər və şiələrin arasındakı məzhəb müharibəsindən başqa İran-İsrail münaqişəsinə çəkəcəklər. Politoloq qeyd edir ki, Rusiya prezidenti üçün bu vəziyyətdə hansısa qərarı qəbul etmək çox çətindir və ola bilər ki, artıq o qəbul etməyəcək.
Piontkovski hesab edir ki, Rusiya İsrailə qarşı çıxış edərsə, bu, regionda Kreml üçün hərbi fəlakət olacaq.
 “Axı israillilər və amerikalılar Rusiya əsgərlərinə toxunmamaq üçün mümkün və qeyri-mümkün hər şey edirlər. “Vaqner qrupu” isə tamamilə qudurmuşdu və amerikalıları öldürmək üçün hansısa neft zavoduna girdilər (Bu il fevralın 7-də Suriya ordusunun tərəfində vuruşan döyüşçülər, həmçinin Rusiyanın “Vaqner qrupu” xüsusi müdafiə şirkətinin döyüşçüləri Deyr-ez-Zor əyalətində minaatanlar və reaktiv yaylım atəş sistemlərdən, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın vertolyotlarından atəşə tutulmuşdu. Müxtəlif məlumatlara görə, zərbələr nəticəsində bir neçə yüz rusiyalı muzdlu öldürülüb – red.). Əgər rus əsgərlərinin özləri bunu edərlərsə, onda böyük ağılsızlıq edəcəklər. Ona görə də Putində yaxşı gediş yoxdur”, – ekspert vurğulayıb.
Qeyd edək ki, daha əvvəl yayılan informasiyaya görə, Rusiya S-300 zenit-raket sistemlərini Suriyaya vermək fikrindən daşınıb./publika.az/