​Rusiya təyyarəsi nədən qəzaya uğrayıb? - İlkin səbəb

Baxış sayı:
5359

Bu gün Hmeymim aviabazasında hava şərtləri olduqca normal olub. Ona görə də, An-26 təyyarəsinin əlverişsiz hava şəraiti səbəbindən qəzaya düşməsi ehtimalı yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri RİA-ya Hava Proqnozları Bürosundan məlumat verilib.
“Bu gün orada hər hansı siklonlar qeydə alınmayıb. Əlverişli hava şəraiti hökm sürüb. Bu qəzaya əsas səbəb kimi insan faktoru, yəni hər hansı texniki nasazlıq göstərilə bilər”, - deyə bildirilib.
Mənbə qeyd edib ki, aviabazada hərbi metereolgiya xidməti fəaliyyət göstərir və öncədən hava şəraiti barədə hərbçilərə məlumat ötürür.
Xatırladaq ki, bu gün Rusiyanın An-26 nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində 32 nəfər həlak olub.