Rusiya Türkiyəyə Su-35 qırıcıları sata bilər

Baxış sayı:
12841

“Rusiya Türkiyəyə Su-35 qırıcı təyyarələri satmağa hazırdır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rostex Dövlət Koorparasiyasınınrəhbəri Sergey Çemezov deyib. “Əgər türkiyəli həmkarlarımız arzu etsələr, biz Su-35 qırıcılarının göndərilməsinə hazırıq”,- Rostex rəhbəri vurğulayıb. Qeyd edək ki, Ağ Evdən bildirilib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması Türkiyəyə beşinci nəsil F-35 qırıcılarının satılmasını mümkünsüz edir.