Rusiya: Türkiyənin RAZILIĞINI GÖZLƏYİRİK

Baxış sayı:
889

Rusiya xarici işlər nazirinin müavini Boqdanov, Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinin dəvətli siyahısının hazırlandığını və Türkiyənin razılığını gözlədiklərini deyib.
 
Mətbuat nümayəndələrinin suallarını cavablandıran Boqdanov, Suriya Milli Dialoq Qurultayla bağlı açıqlama verib.
Dəvətli siyahısının hazır olduğunu və Türkiyədən razılıq gözlədiklərini qeyd edən Boqdanov, "Sabah və növbəti gün Türk və İranlı tərəfdaşlarımızla dəvətli siyahısını son dəfə müzakirə etməyi və Suriyalı iştirakçılara dərhal dəvətnamələr göndərməyə ümid edirik" deyib.
Boqdanov, Ankaranın dəvətli siyahısıyla bağlı qərarını bu gün verməsini gözlədiklərini də bildirib.
Müxalifət.az