​Rusiya Türkiyədən pomidor idxalına İCAZƏ VERDİ

Rusiya rəsmi olaraq Türkiyədən pomidor idxalına icazə verib.
APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiyanın baş naziri Dmitri Medvedev bu barədə qərar imzalayıb. Qərara əsasən Rusiya Kənd təsərrüfatı Nazirliyinin təsdiq etdiyi miqdarda Türkiyədən pomidor idxalına icazə verilir.
"2016-cı ilin yanvarın 1-dən Rusiyaya idxalına qadağa qoyulan Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin icazə verdiyi həcmdə idxalına icazə verilir", - deyə Rusiya hökumətinin saytında yerləşdirilən sənəddə qeyd olunub.  
Qeyd edək, Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri Aleksandr Novak daha əvvəl 50 min ton pomidorun idxalının hər iki ölkənin müvafiq qurumları tərəfindən razılaşdırıldığını və pprosesin noyabrın 1-dən başlana biləcəyini söyləyib.