​Rusiya, Türkiyə və İran XİN rəhbərləri ABŞ-da Suriyanı müzakirə edəcəklər

Baxış sayı:
3472

Rusiya, Türkiyə və İran xarici işlər nazirləri gələn həftə Nyu-Yorkda görüşəcəklər.
Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Surinama səfəri zamanı deyib.
O bildirib ki, BMT Baş Assambleyası çərçivəsində keçiriləcək üçtərəfli görüşdə Suriya məsələsi müzakirə olunacaq. 
“Suriyada atəşkəsi tam şəkildə təmin etmək və diqqəti münaqişənin siyasi nizamlanmasına yönəltmək lazımdır”, - deyə o vurğulayıb.