Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...

Baxış sayı:
580

Ümumdünya Qızıl Şurası (WGC) ilin 3-cü rübündə ən çox qızıl alan ölkələrin siyahısını hazırlayıb.
Publika.az xəbər verir ki, siyahıya Türkiyə başçılıq edir.
Avqust ayında 41,8 tonla ölkə tarixinin ən yüksək qızıl alışını həyata keçirən Türkiyə Mərkəzi Bankı 3-cü rübdə 71,4 tonla dünya miqyasında ən çox qızıl alan bank olub. Beləliklə, Mərkəzi Bankın qızıl ehtiyatı 385,5 tona çıxıb.
Rusiya da eyni dövrdə qızıl ehtiyatını artıran ölkələr arasında ön sıralarda yer alıb. Bu ölkə, ümumilikdə, qızıl ehtiyatını 34,9 ton artıraraq 241,9 tona çıxarıb. Bir müddətdir ki, ehtiyatlarını çeşidlendirmək məqsədilə dollar ehtiyatını azaldan Rusiya Mərkəzi Bankının qızıl ehtiyatlarının ümumi ehtiyatdakı payı 20%-ə çatıb. Bankın qızıl ehtiyatı dollarla 100 milyard həcmindədir.
Çin siyahının 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, adıçəkilən ölkələr dolların bazar iqtisadiyyatındakı hegemoniyasına son qoymağa çalışır.