Rusiya-Türkiyə qarşıdurması ola bilər - POLİTOLOQ

Baxış sayı:
3418

Türkiyə və Rusiya prezidentlərinin Suriyanın İdlib şəhərinə görə razılaşması oktyabrın 15-də bitib. Bu anlaşmaya görə Türkiyə İdlibdə oktyabrın 15-ə qədər iki mühüm vəzifənin yerinə yetirməsini təmin etməli idi. Birincisi, bu şəhərdən ağır hərbi texnika çıxarılmalı, ikincisi, silahlı müxalifətlə terrorçuları bir-birindən ayırmalı idi.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ankara bacardığını edir, ağır texnikanın böyük hissəsi şəhərdən çıxarılıb, ancaq terrorçuların təslimatı hələ ləng gedir:
“İdlib terrorçuların Suriyadakı ən böyük son qalasıdır, bu qalanı əldən vermək istəmirlər.
Bu vəziyyəti fürsət bilən Bəşər Əsəd rejimi haray-həşir salıb ki, bəs vaxt bitib, ancaq İdlib hələ də terrorçuların əlindədir, ona görə hücum haqqında düşünmək lazımdır. Bəşər Əsəd rejiminin məqsədi bəllidir, Rusiya ilə Türkiyəni toqquşdurmaq və bundan öz məqsədləri üçün istifadə etmək isttəyir. Moskva hələ ki müttəfiqi Əsədin oyununa gəlmir, bildirir ki, İdlibin tərk-silahı ilə bağlı bir müddət də gözləyə bilər.
Ancaq Ankara yaxın müddətdə İdlibin danışıqlar yolu ilə tərk-silahına nail olmasa, Rusiyanın səbri tükənməyə başlayacaq və Türkiyə-Rusiya tərəfdaşlığı çat verməyə başlayacaq”.
Elxan Şahinioğlu hesab edir ki, oyunu pozmaq istəyən yalnız Əsəd deyil: “Suriyadakı radikal qrupları dəstəkləyən Səudiyyə Ərəbistanı da İdlibin təslim olmasında maraqlı deyil. Elə ABŞ da çox istəyərdi ki, İdlib məsələsində Türkiyə-Rusiya işbirliyi alınmasın”./Teleqraf/