​"Rusiya, Türkiyə, İran sammitinin keçirilməsi planlaşdırılmır" - PESKOV

Baxış sayı:
6565

Rusiya, Türkiyə, İran sammitinin keçirilməsi planlaşdırılmır.
Muxalifet.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya məsələsi ilə əlaqədar növbəti görüşü hələlik planlaşdırılmır.
Xatırladaq ki, sonuncu dəfə prezidentlər Suriya münaqişəsinin müzakirəsi üçün bu formatda 2019-cu ilin fevralında Soçidə görüşmüşdülər.