Rusiya Trampın impiçmentindən nə itirəcək?

Baxış sayı:
8581

Kremlin ciddi nəzarətində olan Rusiya dövlət televiziyasında belə bir fikir səsləndirilib ki,  Donald Trump-ın hazırkı impiçment mübarizəsində ona mütləq dəstək vermək lazımdır.  
Muxalifet.az bu barədə "CNN"-ə istinadla xəbər verir.
Əlbəttə ki, Trumpın prezident kürsüsünə gəlməsində Rusiyanın ABŞ-kı 2016-cı il prezident seçkilərində müdaxilə etməsi iddiaları Rusiyada rəsmi şəkildə rədd edilir. Ancaq onlar tez-tez, hətta ciddi televiziya xəbər şoularında, buna sarkazmla cavab verirlər.
"BİZİM Donald İvanoviçi çıxarmaq istədiyinizi unutmusunuz?", deyə ABŞ-ın impiçment prosedurlarını işıqlandıran "Axşam" proqramının aparıcısı Kremlə tabe olan Vladimir Solovyev qışıqrır.
Trampın adının ruslaşdırıılması ilə belə, ABŞ-ın maraqlarının əksinə də olsa, diqqətli müşahidəçilər Trampın bütün Qərb liderlərindən daha çox Rusiyaya qarşı “yumşaq davranışını” görə bilir.
“Trampın Amerika idarəetmə sisteminə gətirdiyi xaos Birləşmiş Ştatları zəiflədir”, deyə fikirlər gəzir.
Uzun müddətdir ki, Rusiya rəsmiləri ABŞ-dakı xaotik siyasi maxinasiyalardan bəzi qazanclar əldə etdilər.Məşhur bir povestdəki  kimi, ABŞ-ın və ümumilikdə Qərbin düşdüyü dramatik vəziyyət tənəzzülə doğru gedir. Köhnə Soyuq Müharibə rəqibləri güman olunan anarxik vəziyyətə düşdükcə, Putinin rəhbərliyi altında canlanan Rusiya güc və sabitlik qazanır.
Kreml üçün isə bu Rusiya əhalisini ölkədə getdikcə güclənən gerçək xroniki iqtisadi və demoqrafik problemlərdən yayındırma vasitəsidir.
"İmpiçment Vladimir Putinin istədiyi şeydir"sözləri ABŞ Konqresinin respublikaçı üzvlərinin Wall Street Journal-a göndərdiyi son açıq məktubun başlığı idi.
"Onun məqsədi indi və 2016-cı il seçkisindən əvvəl Amerikalıları bir-birinə qarşı qoymaq və ölkəmizdəki demokratiyaya inamı sarsıtmaq idi", deyə məktubda Konqressə impiçment dinləmələrinə son qoyması üçün inadlı bir xahişlə deyilirdi.
Ancaq impiçmentin belə xaotik sürətlənməsinin Putin üçün də zərərləri var. O, sanksiyaların ləğv edilməsini, silah nəzarətinə dair razılaşmaların bərpa edilməsini və Ağ Evlə mülayim münasibətlərinin olmasını istəyir. Belə bir zəhərli siyasi mühitdə bu, mümkün deyil.
"Onlar daxili siyasi məsələrələ ilə bu qədər məşğul olduğu zaman necə əməkdaşlıq edə bilərik?", deyə Rusiya Prezidenti oktyabr ayında Valdai Forumunda bildirmişdi.
"Aydındır ki, seçki kampaniyası zamanı həmişə belə olub. Ancaq bu daxili siyasi rəqabət daha qızğın oldu. Düşünmürəm ki, ABŞ tarixində belə bir şey olub", - Putin söylədi.
Rusiyanın özü kimi, Trampa və onun impiçmentinə münasibəti də ziddiyyətlidir. Buradakı insanlar ABŞ-dakı xaosdan məmnun qalırlar, lakin güclü ABŞ prezidentinin yarada biləcəyi stabilliyə can atırlar.
Həqiqət budur ki, bir çox ruslar Trampı Ağ Evdə nadir bir dost kimi görürlər və impiçment alınarsa onu itirəcəklər.
Muxalifet.az