RUSİYA ƏTRAFINDA ÇƏMBƏR DARALIR - Amerika eskadra mina gəmisini Qara dənizə göndərdi

Baxış sayı:
2353

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "USS Donald Cook" eskadra mina gəmisi Qara dənizə yola düşüb.

Muxalifet.az report-a istinadən bildirir ki, bu barədə ABŞ HDQ-nin altıncı donanmasının mətbuat xidməti məlumat yayıb.

"USS Donald Cook" yanvarın 19-da şimal istiqamətində Dardanel boğazını keçməyə başlayıb, o, dənizdə təhlükəsizliyin təmin olunması, sabitliyin möhkəmləndirilməsi və NATO üzrə müttəfiqlərimiz və regiondakı tərəfdaşlarımız ilə birgə hazırlıq əməliyyatları həyata keçirmək üçün Qara dənizə gedir", - deyə məlumatda bildirilir.