Rusiya təkzib etdi: ABŞ isə şəkilləri yaydı

Rəsmi Vaşinqton Baltik dənizində rus Su-27 qırıcısının ABŞ qırıcısına 1.5 metrədək yaxınlaşdığı anın fotolarını yayıb.
 
Bu barədə “Foks Nyus” amerikalı rəsmilərə istinadən informasiya yayıb.
Su-27-nin Baltik dənizində kəşfiyyat uçuşu həyata keçirən RC-135 tipli ABŞ təyyarəsinə yaxınlaşması provakasiya olaraq qiymətləndirilib. Rusiya tərəfinin hadisəni təkzib etməsi isə Amerikanın fotoları yaymasına səbəb olub.
Xatırladaq ki, iyul ayının əvvəllərindən bugünə qədər ABŞ və Rusiya qırıcıları arasında 35-dən çox belə insident yaşanıb.