Rusiya təklif və təhdid etdi - RƏDD CAVABI ALDI

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Suriyadakı xüsusi nümayəndəsi Lavrentiyev Soçidə keçirilməsi planlaşdırılan Milli Dialoq Konqresində iştirak eləmələri üçün suriyalı müxalfətçiləri təhdid edib. Müxalifətçilərin mətbuat katibi Məhəmməd Alluş da müxalifətçilərin Suriya konqresində iştirak təklifini rədd etdiklərini bildirib.
Rusiya prezidenti Vladimir Putinin Suriyadakı xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev suriyalı müxalifətçilərin Soçu görüşündə iştirak etməyəcəkləri təqdirdə “böyük bir risk altında və siyasi prosesdən kənarda qalacaqlarını” söyləyib.
Qazaxıstanın paytaxtı Astanada  7-ci dəfə keçirilən Suriya danışıqlarından sonra Lavrentiyev mətbuat konfransı keçirib. Lavrentiyev suriyalılar arasındakı “Milli Dialoq Konqresi” adlı görüşün Rusiyanın Soçi şəhərində keçiriləcəyini bildirib: “Xüsusilə də Konstitusiya islahatının başladılmasının çox mühüm olduğunu düşünürük”.
Konqres məsələsi ilə bağlı BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura ilə də danışıq apardıqlarını bildirən Lavrentyev deyib: “Mistura da diqqətimizi Konstitusiya islahatı və seçkilər məsələsinə cəlb eləmək lazım olduğunu demişdi”.
Rus nümayəndəsi müxalifət heyətini nəzərdə tutaraq deyib: “İlkin şərtlər qoyacaqlarsa, qurucu yanaşma tərzi sərgiləməyəcəklərsə, o zaman onlara uzanan dəstək əlini geri qaytardıqlarını göstərmiş olacaqlar. Biz bunun olmasını istəmirik. Suriya müxalifəti ilə işimizi davam etdirəcəyik... Müxaliflət iştirak etməsələr, böyük risk altında və siyasi prosesdən kənarda qalacaqlar”.
Tədbirin BMT-nin himayəsində olmasını istədiklərini spyləyən Lavrentyev deyib: “Mistura ilə görüşlərimiz davam edir. O və ya nümayəndəsi bu forumda iştirak edəcək”.

Rədd etdilər

Suriyadakı müxalifətçi qrupların mətbuat katibi olan mətbuat katibi olan Məhəmməd Alluş isə Suriya forumunda müxalifətçilərin iştirak eləməsini rədd elədiyini bildirərək konqresin “rejimlə rejim” arasında keçiriləcəyini deyib.

Hurriyyet.org