RUSİYA TELEKANALLARI İSTERİKADA - Bakı ermənisi və İradə Zeynalova... / VİDEO

Baxış sayı:
1804

Rusiya televiziyaları neçə gündür ki, efirdən antitürk isterikası, kin-küdurət saçırlar. Əslində bu proses İdlibdə baş verən məlum hadisədən əvvəl başlamışdı. Bəzi yazılı mediada üzə çıxan bu cür yazılar Kremlin nəzarətində olan televiziyalarda daha qabarıq görünməyə başlamışdı. 

«Rossiya 24» və NTV kanalları bu cür təbliğatda «önə çıxmışdılar». İradə Zeynalova adlı azərbaycanlının müəllifi olduğu həftəninin hadisələrini əhatə edən müəllif proqramında bu cür təbliğatı görmək isə bir ayrı dərddir. 

Türk qanı insanın həmişə ad-soyadına görə müəyyən olmur təəssüf ki… Nəsə. Rusiyanın nəhəng informasiya müharibəsi içərisindədir ki, bununla işimiz yox. Amma son günlərin hadisələri fonunda Türkiyəyə qarşı təbliğatı informasiya müharibəsi adlandırmaq da olmur.

Похожее изображение

İradə Zeynalova

Əslində İdlibdə baş verən hadisələrə qədər də Türkiyə və onun prezidenti Tayyib Ərdoğan hədəf seçilmişdi. Ərdoğanı Liviya siyasətinə, Kremlin dəstəklədiyi çapovulçu general Haftara qarşı koalisiyaya qoşulduğuna, bu ölkəyə məhdud sayda əsgəri bölük göndərdiyinə görə az qala linç edirdilər.

Bu artıq, Putinin dediyi müttəfiqlik anlayışına uyğun gəlmirdi və davamı mütləq xainlik olacaqdı. Kremlin nəzarətində olan «Rossiya-24»də Liviya haqda 30 dəqiqəlik filmdə Ərdoğan tiran, işğalçı kimi təqdim edilirdi. 

Haftarı dəstəkləyən ərəblərin Ərdoğan haqda alçaldıcı şüarları dəfələrlə ekrana gətirmək, Türkiyəyə nifrət yaratmaq nə demək idi?

Ərdoğanın Livayanın ikiyə bölünmüş hakimiyyətinin niyə birini dəstəklədiyini, neft-qaz ehtiyatları uğrunda dartışmada iddiası olduğu üçün Ağ dəniz sahillərindəki bu ölkəyə əsgər göndərdiyini, Rusiya ilə Suriyadan sonra daha bir yad ölkədə baş-başa gəldiyini qoyaq bir kənara. 

Mövzumuz qonşuluğunda və daxilində bir neçə müsəlman respublikalarının olduğu bir ölkədə türk topluma qarşı bir zəhərli təbliğatdan gedir. İdlibdəki hadisələrdən sonra bu antitəbliğat daha da güclənib, Türkiyə, onun prezidentinə qarşı açıq nifrətə çevrilib. 

Rusiya saytlarında Türkiyə haqda müzakirələrdə təhqirlər havada uçuşur. Nə deyirlər?

«Ərdoğana pomidor qadağası edən kimin yenə gəlib üzr istəyəcək» və sair… Ərdoğanı sevməyə, onun siyasətini bəyənməyən bilərik. Amma bu cür aşağılayıcı ton adamın qanına toxunur, əks təsir göstərir. Dünən axşam isə böyük bir auditoriyası olan NTV-də bütün əndazəni aşdılar.

Картинки по запросу "Роман Бабаян"

Roman Babayan

1967-ci ildə Bakıda anadan olan Roman Babayanın müəllifi olduğu proqramda Türkiyə, onun prezidenti haqda hədyanlar danışdılar. NTV məlum olduğu kimi, Rusiyanın enerji siyasətini müəyyən edən «Qazprom»a bağlı holdinqdir. 

Peşəkarlıqdan dəm vuran bir kanalda təktərəfli qapı sistemi qurulmuşdu. Əbləh və yarısərxoş ekspertlər Türkiyə haqda bütün nifrətlərini saat yarım ərzində efirə qusdular. Proqramın erməni müəllifi, Babayan bütün müzakirə qaydalarını niyə pozduğu məlumdur. 

Ermənilər yaranmış fürsətdən Türkiyə- Rusiya münasibətlərini pozmaq, düşmənçilik həddinə gətirmək üçün istifadə edirlər. Rusiyanın yanı yox, qucağı olmayanda onlar darıxırlar, əsəbləşirlər, qışqırırlar. 

Söhbətin bir yerində rus ekspert dedi ki, türklər təkcə erməniləri yox, 120 min rusu da soyqırım ediblər. Erməni yalanları bunların da ağlını və ağzını pozdu. Türkiyə prezidentinin müşavirinin 33 əsgərin şəhid olmasından sonra verdiy ehtiyatsız açıqlamasından qorxuya düşən, Ərdoğanın Putinə «sizin Suriyada nə işiniz var» sözlərindən qəzəblənən bu başıpozuqlara siz də hövsələ və qəzəbinizi yenib baxın…

Rusiyanın rəsmi və ya qeyri-rəsmi təbliğatının niyə bu qədər narahat olduğu səbəbsiz deyil. Türkiyə bir neçə dəqiqəyə bütün dünyanı ayağa qaldırdı. NATO, Avropa Birliyi, İngiltərə, ABŞ kimi ölkələrin reaksiyası Kremlin «Türkiyə bizlə müttəfiq olmağa möhtacdır» kimi düşüncələrinin böyük ölçüdə yanlış olduğunu göstərdi. Bu korazehinlər bir neçə gün sonra Putinə Ərdoğanın görüşəcəyini belə hesaba almırlar. Rusiya Türkiyəyə münasibətdə yanlış yoldadır və bunu anlaması lazım. Sonra gec ola bilər…

Türklərlə savaşmaq olar, ona qalib gəlmək üçün isə güclü ordusu olmaq heç də hər zaman yetmir…/Musavat.com