Rusiya “Tayfun”ları dənizə buraxır

Rusiya “Tayfun” kiçik raket gəmilərini noyabr ayında suya buraxacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi informasiya verib.
“Noyabr ayında Sankt-Peterburqda "Pella" gəmiqayırma müəssisəsində inşa edilmiş kiçik raket gəmisi "Tayfun" 22800 layihəsinin suya buraxılması nəzərdə tutulub. Layihənin əsas gəmisi sayılan “Qasırğa” artıq zavod yaxınlığında tamamlanma işlərinin aparıldığı ərazidə suya buraxılıb”, - açıqlamada bildirilib.
Qeyd edək ki, gəminin perspektiv görünüşü ilk dəfə "Ordu-2015" beynəlxalq hərbi-texniki forumunda ictimaiyyətə təqdim olunub.