Rusiya sürətlə YOXSULLAŞIR

İlin əvvəlindən etibarən Rusiyada yoxsulların sayı 2 milyon nəfər artıb.
 
Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Hesablama Palatasının rəhbəri Tatyana Qolikova söyləyib. O, yoxsulluq səviyyəsində yaşayanların sayının 22 milyon nəfər və ya əhalinin 15%-ni təşkil etdiyini bildirib.
Qeyd edək ki, Rusiyada yoxsulluq 2014-cü ildən etibarən artmağa başlayıb. Keçən ilin martında Rusiya Baş nazirinin müavini Olqa Qolodeç ölkədə minimum əmək haqqı göstəricisindən aşağı gəlir əldə edən rusların sayının 5 milyon nəfər olduğunu açıqlamışdı.