Rusiya Suriyanın hava məkanını bağlasa Türkiyə QIRICILARI NƏ EDƏCƏK?

Baxış sayı:
1551

TSK, Afrin planını məhəllə döyüşləri təhlükəsinə görə yenidən ciddi şəkildə araşdırıb. İlkin mərhələdə PKK/YPG terrorçularının ciddi müqavimət göstərməyərək geri çəkiləcəyi, yalnız bombalı tələlərlə partlayışlar törədəcəyi güman edilir. Rusiya ilə hava məkanından istifadə və S-400-lərin bağlanması məsələsində razılaşma əldə olunmasa, reaktivlər lazerlə işarəli hədəfləri sərhəddən vuracaq. F-16 qırıcı təyyarələri Türkiyənin 50 kilometr içərisindən belə HGK və LGK “ağıllı bomba”ları ilə dəqiq hədəfi vura bilirlər.
 
Milli Təhlükəsizlik Şurasının (MGK) toplantısında, Afrin əməliyyatı bütün variantları nəzərdən keçirilib. Bölgədən alınan kəşfiyyat və texniki məlumatlar əsasında qiymətləndirilən plan, MİT rəhbəri Hakan Fidan və baş qərargah rəisi ordu generalı Hulusi Axarın Moskva səfərinin nəticələri ilə birlikdə yenidən nəzərdən keçiriləcək.
Hava məkanının istifadəsi ilə bağlı Rusiyanın razılığı olmasa belə sərhəddin içindən reaktivlərin, lazerlə işarələnən hədəfləri vurması həyata keçiriləcək. Belə ki,  F-16 qırıcı təyyarələri sərhəddən 40-50 kilometr Türkiyənin içərisindən HGK və LGK “ağıllı bomba”ları nöqtə atışlarla dəqiq hədəfləri vura biləcək. Bununla yanaşı, pilotsuz İHA və SİHA-lar hava məkanında təsirli hakimiyyət yaradır. Digər mühüm məsələ, Afrinin mərkəzindəki mülki əhalinin varlığıdır. Bunun üçün də tədbirlər planlaşdırıb.
Ankara-Moskva diplomatik xəttində keçirilən ilk 2 görüşdə Afrinin Fərat Qalxanı bölgəsinə daxil edilməsi təklifi edilmişdi. Bu təklifə Rusiya rəhbərliyi isti baxmamışdı. Türkiyə daha sonrakı görüşlərdə isə Afrinin Astana prosesinə daxil edilməsini və Türkiyə- Rusiya arasında aparılacaq danışıqlar çərçivəsində Afrin bölgəsində birgə idarəetmə və təhlükəsizliyin təmin edilməsi təklif olunmuşdu.
Ancaq Rusiya, Suriyanın ərazi bütövlüyünü bəhanə gətirərək bu təklifə də müsbət baxmadığını bildirmişdi. Diplomatik mənbələr, Afrin əməliyyatına dəstək verməkdən çəkinən Rusiyaya təqdim olunan son təklifin, "Rusiya və Türkiyənin Afrin əməliyyatından sonra şəhərin təhlükəsizlik və idarəçiliyində ortaq anlaşma ilə hərəkət etməsi, normallaşmadan sonra, nəzərdə tutulan 2 ilin sonunda bölgədə yeni bir konfiqurasiyaya getmək” olduğunu bildirib. Rusların bu təklifi bəzi dəyişikliklərlə qəbul edəcəkləri mesajı verdiyi bildirilir.
Müxalifət.az