​Rusiya: “Suriyanın dostları Əsədi devirmək istəyir”

Son illər Suriyada vəziyyət çox da dəyişməyib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Konstantin Kosaçev söyləyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət parçalanıb və Suriya məsələsinin həllində dövlətlər bir-biri ilə rəqib olublar. O, “Suriyanın dostları” adlanan qrupun, əslində, Əsəd hakimiyyətini devirməyə cəhd etdiyini bildirib.