Rusiya Suriyadan sonra Liviyaya da əllərini uzadır

Baxış sayı:
457

ABŞ Liviyalı general Xəlifə Haftara Tripoliyə 1 ay sürən hücumu dayandırmaq çağırışı etdi və “Rusiyanın münaqişədən faydalanmaq cəhdlərinin” qarşısını almaq üçün beynəlxalq birlik tərəfindən tanınmış Liviya hökumətini dəstəklədiyini bildirib.
Muxalifet.az bu barədə "Aljazeera"ya istinadla xəbər verir.  
ABŞ dğvlət departamenti cümə axşamı Vaşinqtonda Liviyanın Tripoli mərkəzli Millı Akkord hökumətinin nümyəndə heyəti ilə danışıqlardan sonra, "ABŞ Liviya Milli Ordusunu Tripoliyə hücumlarına son qoymağa çağırır", deyə bəyanat verib.
Haftarın Liviya Milli Ordusu aprel ayında paytaxt Triolini ələ keçirmək üçün hücuma keçmişdi. O, Milli Akkord hökumətinə qarşı mübarizə aparır.
Diplomatlar və Tripoli rəsmilərinə görə Xəlifə Haftar Misir, Birləşmiş Ərəb Əmirlikləri və Rus muzdluları tərəfindən dəstəklənir. Lakin o özü xarici dəstəyin olduğunu inkar edir.
"New York Times" bu ayın əvvəlində Rusiya muzdlularının prezident Vladimir Putinin tərəfindən idarə olunduğunu, Moskvanın bu iddianı təkzib etdiyini xəbər vermişdi.
"ABŞ-ın bir sıra hökumət qurumlarını təmsil edən ABŞ nümayəndə heyəti, Rusiyanın Liviya xalqının iradəsinə qarşı münaqişədən istifadə etmək cəhdləri qarşısında Liviyanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”, deyə vurgulayıb.
 Muxalifet.az