Rusiya Suriyadakı S-400-ləri işə saldı? – MÜDAFİƏ NAZİRLİYİ

Baxış sayı:
1447

Suriya hava hücumundan müdafiəni sovet istehsalı silahlar hesabına təmin edib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi informasiya yayıb.
Suriya ordusu Qərbin hücumunun qarşısı alınarkən 30 il bundan əvvəl SSRİ-də istehsal edilmiş S-125, S-200, “Buk” və “Kvadrat” hava hücumundan müdafiə sistemlərindən istifadə edib.
“Rusiyanın bu ölkədə yerləşdirilən HHM sistemlərindən (S-400-lər) istifadə edilməyib”, - açıqlamada bildirilib.
Qeyd edək ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi müttəfiq qüvvələrin 100-dən çox qanadlı raket atdığını, bunların əsas hissəsinin Suriya HHM qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.