Rusiya Suriyadakı hərbi əməliyyatın son tarixini açıqladı

Baxış sayı: 67

Rusiya Suriyadakı hərbi əməliyyatını bu ilin sonuna qədər bitirə bilər.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib. Onun sözlərinə görə, hərbi əməliyyatlar bitdikdən sonra Rusiya buradakı hərbi qruplaşmasını azaltmayacaq: 
“Bu ilin sonuna qədər olan proqnoz pessimist yanaşmadır. Biz Suriya və terrorizmlə bağlı hər şeyi bitirəcəyik”. 
Qeyd edək ki, Rusiya Suriyada hərbi əməliyyatlara 2015-ci ilin 30 sentyabrından qoşulub.