Rusiya Suriyada Tel Rıfatdan çəkilir: Türk ordusunun yolu açıldı

Baxış sayı:
6223

Suriya məsələsinin həlli üçün Türkiyə ilə iş birliyi etmək istəyən Rusiya YPG-li terrorçularla daha məsafəli olmaq məcburiyyətindədir.
 
YPG / PKK terror təşkilatı Suriyanın şimalında bir terror dövləti qurmağa çalışarkən, ABŞ-ın dəstəyini də arxasına aldı. Ancaq zaman zaman ruslarla əməkdaşlıq etmək istəyən YPG terrorçuları strateji bölgə olan Tel Rifatdakı Rusiya polis qüvvələrinin qorunması altında idi.
YPG ilə iş birliyi mövzusunda dəqiq bir mövqe ortaya qoyan Türkiyə, Rusiyaya bu vəziyyətdə həllin mümkün olmayacağını çatdırıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bu mövzunu Vladimir Putinlə son Rusiya zirvə görüşündə də səsləndirib.
Zirvə görüşündən sonra Rusiyanın Tel Rifat bölgəsindən çəkildiyi xəbərləri gəlib. Bununla da Türk ordusunun Tel Rifata girməsinin qarşısındakı əngəl də qalxıb. Bundan başqa, Türkiyə ilə Rusiya İdlibdə də ortaq patrul xidməti həyata keçirməyə hazırlanır.
Müxalifət.az