​Rusiya Suriyada S-300 raket komplekslərini nə üçün yerləşdiriib? – RƏSMİ AÇIQLAMA

Rəsmi Moskva Suriyada S-300 raket komplekslərinin yerləşdirilməsi barədə qərarı ABŞ-ın ölkənin hava limanlarını qanadlı raketlərlə bombardman etmək niyyətində olmasına görə verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-i məlumat verib.
Bundan əvvəl Rusiya müdafiə nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, Hmeymim və Tartusda yerləşdiriləcək S-300 raket kompleksləri hərbçilərin təhlükəsizliyini təmin edəcək və tanınmayan hədəfləri vurmaq iqtidarında olacaq.
Pentaqonun məlumatında isə bildirilir ki, ABŞ Rusiyanın Suriyada S-300 raket komplekslərinin yerləşdirilməsi ilə bağlı qərarına cavab tədbirləri görəcək.