​Rusiya Suriya-İraq sərhədini RAKETLƏRLƏ ATƏŞƏ TUTDU

Rusiya Suriya ilə İraq sərhədində yerləşən Əbu Kamal qəsəbəsini uzunmənzilli raketlərlə hədəf alıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qəsəbədə İŞİD terror təşkilatının üzvləri nəzarəti öz əllərində saxlayırdılar. Əbu Kamal İraqın kritik strateji nöqtələrindən biri hesab edilirdi.
Qəsəbənin Rusiya təyyarələrinin bombardman altına almasından sonra ABŞ-ın dəstəklədiyi PYD terror təşkilatı da bölgəyə doğru irəliləməyə başlayıb.