Rusiya Səudiyyəyə də “S-400” satır – PUTİNİN MƏTBUAT KATİBİNDƏN AÇIQLAMA

Baxış sayı:
5398

Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanı kralı Salman əl-Səud ilə Ər-Riyadda baş tutan görüşü haqda açıqlama verib.

O, görüşdə hərbi-texniki əməkdaşlıq, həmçinin neft bazarının tənzimlənməsi məsələlərinin müzakirə olunduğunu bildirib.
Peskovdan “S-400” raket kompleksinin Səudiyyə Ərəbistanına satışının müzakirə olunub-olunmadığı soruşulsa da, o, hələ qəti bir söz deyə bilməyəycəyini, lakin belə planın olduğunu və hərbi-texniki əməkdaşlığa dair planın gündəmdə olduğunu əlavə edib.
"Tərəflər regional problemlər, enerjidaşıyıcıları bazarında son durum, neftin qiyməti və s. mövzularda fikikr mübadiləsi aparıblar" -Peskov deyib.
Onun sözlərinə görə, neft bazarının tənzimlənməsi üzrə iki ölkənin dialoqunun effekti sübut olunub.
"Bu qarşılıqlı münasibətlər davam edəcək", - deyə, o qeyd edib. Xatırladaq ki, Putinin 12 ildən sonra bu ölkəyə ilk səfəri idi. Səfər çərçivəsində Suriya və Yəməndəki vəziyyət də müzakirə olunub.
 
Muxalifet.az