Rusiya sərhədlərini bağlayır - KORONAVİRUSA GÖRƏ

Baxış sayı:
1152

Rusiya koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində dövlət sərhədlərini bağlayacaq.

"TASS"-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Nazirlər Kabineti qərar verib. Qərara əsasən martın 30-dan etibarən ölkənin sərhəd keçid məntəqələri (piyada, avtomobil, dəmiryolu) bağlanacaq.

Məhdudiyyətlər rus diplomatlarına və onların ailələrinə, Rusiya vətəndaşlarına və həmçinin beynəlxalq yükdaşımaları ilə məşğul olan sürücülərə aid edilməyəcək.