Rusiya sərhədlərində yeni müharibə meydanı yaradılır – Moskvadan SOS

Baxış sayı:
4342

Baltikyanı ölkələrə hərbi kömək üzrə NATO-nun səyləri Avropada təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırmır.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Aleksandr Qruşko jurnalistlərə bildirib.
“ABŞ-ın ikili xətti davam edir: bir tərəfdən, şərq cinahının gücləndirilməsi və müharibə meydanının yaradılması, digər tərəfdən isə, hərbi büdcənin ümumi daxili məhsulun 2 faizinə qədər artırılması barədə müttəfiqlərin qarşısına qoyulan tələblər. Burada ABŞ-ın marağı açıq görünür: bu pul hər şeydən əvvəl Amerika silahlarının əldə edilməsinə xərclənsin”, - Qruşko Moskvada keçirilən təhlükəsizlik üzrə konfransda deyib.
Onun sözlərinə görə, Moskvanın mövqeyi bundan ibarətdir ki, bütün bu səylər təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırmır, əksinə, zəiflədir.
Daha əvvəl Ağ Ev bildirib ki, ABŞ Baltikyanı ölkələrə 170 milyon dollarqlı hərbi yardım göstərəcək. Bu yardım Estoniya, Latviya və Litvanın təhlükəsizlik imkanlarını genişləndirməlidir.