​Rusiya sərhədinin 60 kilometrliyində… - NATO-dan Moskvanı QƏZƏBLƏNDİRƏCƏK HƏMLƏ

Baxış sayı:
7747

Litvanın Kazlu-Ruda şəhərində standartlara cavab verən NATO-nun aviapoliqonu bu ilin payızında istifadəyə veriləcək.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Litvanın Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd edilir ki, aviapoliqon Rusiya ilə sərhəddən təxminən 60 kilometrdə yerləşəcək. Poliqonda təyyarələr yerüstü hədəflərə zərbələri yerinə yetirə biləcək, həmçinin hərbi hava gücləri üçün hərbi kadrların hazırlığı üzrə təlimlər keçiriləcək.
Aviapoliqonun tikintisi 2017-ci ildə başlanıb. Bu, Baltikyanı regionunda hərbi alyansın ilk aviapoliqonu olacaq.