RUSİYA SƏRHƏDİNDƏ BÖYÜK TƏHLÜKƏ! - İki ölkənin döyüş təyyarələri sərhədə yaxınlaşdı

Baxış sayı:
766

Rusiya Müdafiə Nazirliyi Su-27 döyüş təyyarəsinin NATO-nun Baltik dənizindəki neytral sular üzərində Baltops-2019 hərbi təlimi çərçivəsində Rusiya sərhədlərinə yaxınlaşan ABŞ və İsveç hava qüvvələrinə aid iki kəşfiyyat təyyarəsinə maneə törətmək üçün havalandırıldığını açıqlayıb.
 
Rusiya Müdafiə nazirliyinin açıqlamasına görə, Baltik dənizindəki neytral sularda Rusiya sərhədlərinə yaxınlaşan iki hava hədəfi təsbit edilib. Rus Su-27 təyyarəsi etibarlı bir məsafədən təyyarələrə yaxınlaşıb və təyyarələrin ABŞ-ın RC-135, İsveçin Gulfstream kəşfiyyat təyyarələri olduğunu təsbit edib.
Su-37 təyyarəsi lazımlı bütün təhlükəsizlik tədbirlərinə uyğun gələrək xarici kəşfiyyat təyyarələrini müşayiət edib və Rusiya sərhədlərinə yönəliki bir pozuntuya maneə törədib. Su-27 təyyarəsi maneə törətmə əsnasında hava sahəsində bütün beynəlxalq qaydalara riayət edib.

Müxalifət.az