​Rusiya: "Skripalı Britaniya zəhərləyib"

Baxış sayı:
1144

Britaniya hökumətinin özü Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsini təşkil edə bilər.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə Moskvadakı xarici ölkələrin səfirləri ilə görüşü zamanı Rusiya Xarici İşlər Nazirliyinin Silahlanmaya Nəzarət və Yayılması Məsələləri üzrə Departamentin direktoru Vladimir Yermakov deyib.
"Britaniya ərazisində Rusiya vətəndaşına hücum həyata keçirilib. Burada adi məntiq göstərir ki, iki mümkün variant var. Ya Britaniya hökuməti bu cür hücumlardan müdafiə olunmaq imkanında deyil, ya da ki, onlar birbaşa və ya dolayısı yolla Rusiya vətəndaşına hücumu hazırlayıblar. Situasiya həmçinin okeanın o tərəfindən də səhnələşdirilə bilər" - deyə diplomat vurğulayıb.