​Rusiya Skripala sui-qəsddə Londonu suçladı - Səfirdən cavab

Baxış sayı:
994

Rusiya Xarici İşlər Nazirliyinin dünən Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsiylə bağlı təqdim etdiyi versiya yalan və dezinformasiyadan ibarətdir.
Muxalifet.az xəbər verir ki, bunu Britaniyanın Rusiyadakı səfiri Lori Bristou Rusiyadakı xarici ölkə diplomatları üçün təşkil etdiyi xüsusi brifinqdə söyləyib. O, rəsmi Londonun mövqeyini yenidən təkrar edərək, Moskvanın Skripal sui-qəsdində xüsusi rol oynadığını bildirib.
Qeyd edək ki, dünən Rusiya Xarici İşlər Nazirliyi Skripala qarşı sui-qəsdin Britaniya kəşfiyyatı tərəfindən törədilə biləcəyini iddia edib.