Rusiya siyasəti dəyişir: Avropaya yönəlir

ABŞ və Çindən istədiyini ala bilməyən Rusiya Avropaya yönəlir.
 
Bu sözləri Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel deyib.
O bildirib ki, Rusiya xarici siyasətində müəyyən dəyişikliklər müşahidə edilir:
“Moskva Çinlə bərabər səviyyədə müttəfiq olmağa çalışırdı. Lakin çinlilər: Dünyada sadəcə iki supergüc var: Biz və ABŞ – deyir. Rusiyanın ikinci ümidi Donald Tramp olsa da, bu cəhd də uğursuz alındı. Ona görə də ruslar təmkinli şəkildə Avropa ilə dil tapmağa çalışırlar”.