Rusiya siyasi elitası "ERMƏNİLƏŞİRMİ"? - Yaxud Putin "Putin" olsaydı, Rusiyanı rəsmən ermənilərin əlinə verərdimi?

Erməni lobbisi Rusiya Federasiyası adlı nəhəng bir dövləti tamamilə öz nəzarəti altına almağa və idarə etməyə yaxındır. Mixail Mişustinin Rusiyanın baş naziri vəzifəsinə təyin edilməsini erməni millətçilərinin böyük coşğu ilə qarşılamasını belə təsvir etmək olar.
Yenə də Mixail Mişustin tam bir erməni olmasaydı belə, karyerasını erməni icmasının nümayəndələrinə borclu idi.
Sosial şəbəkələrdə erməni millətçilərinin bəzi fikirləri:
"Mişustin bir ermənidir və bununla fəxr edir. Rusiya Federasiyasına əla baş nazir olacaq. Yeri gəlmişkən, Rusiya hökumətinin ən yaxşı naziri Lavrov da bizimkilərdəndir". https://t.me/ArmAgr/1145
“Rusiyanın yeni baş naziri erməni kökləri olan bir siyasətçi olacaq. Mixail Mişustinin yarı erməni olduğu deyilir. Onun namizədliyini RT rəhbəri Margarita Simonyan irəli sürdü.
Bu yay Mişustin Ermənistana səfəri zamanı, İrəvanda keçirilən WCIT-2019 Ümumdünya İnformasiya Texnologiyaları Konqresində çıxış etdi və sonra məşhur “Ayb” erməni məktəblərindən birini ziyarət etdi.
Mixail Vladimiroviç Mişustin təsadüfən hakimiyyət strukturlarına gələn şəxs kimi görünür. Sistem mühəndisi üzrə təhsil aldı və öz ixtisası üzrə işə - müəyyən bir AOZT "Beynəlxalq Kompüter Klubu" nda kompüterlər üzrə işləmək üçün getdi. MKK Mişustinin yaxın dostu Levon Amdilyan tərəfindən təsis edilmişdi. Bir çox mütəxəssis bu dostluğun səbəbsiz olmadığına inanırdılar, çünki Mixail Vladimiroviç yarı erməni idi ". https://t.me/ArmAgr/1146

Aydındır ki, baş nazirin milliyyəti Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov prezident Vladimir Putinin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin Rusiya hökumətinin başçısı vəzifəsinə namizədliyini irəli sürməsi barədə qərarını belə şərh etdi:
"Ermənilər Rusiya əhalisinin 0,89% -ni təşkil edir ... Əgər M. Mişustin baş nazir olarsa və S. Lavrov Xarici İşlər Nazirliyinin başçısı vəzifəsini tutarsa, onda hökumətdə iki etnik erməni olacaq ..." deyə Zülfüqarov öz Facebook səhifəsində yazıb.
Mişustinin təyin edilməsi, görünür, erməni lobbisi ilə əvvəlcədən razılaşdırılıb. Eynilə Margarita Simonyan Mixail Mişustinin Rusiya hökumətinin başçısı vəzifəsinə təyin olunacağını proqnozlaşdırdı və Twitterdə yazdı ki, "Rusiyanın taleyi bizim sayımızın nə qədər olacağından asılıdır "( yəni Rusiyanın taleyi ermənilərdən asılıdır).
Gələcək baş naziri təsvir edərkən RT baş redaktoru Margarita Simonyan öz teleqram kanalında belə bir mesaj paylaşdı: “Mişustin - rəqəmsallaşma, dəqiqlik, müasir peşəkarlıq, ədəb, qanuni fəaliyyət üçün maneələrin aradan qaldırılması, innovativ həllər, dünya texnologiyalarına açıqlıq və sərt güc metodlarına düşmənçilik - bir sözlə, indi həqiqətən ehtiyacımız olan hər şeydir ".
Bədnam “rəqəmsallaşmaya” gəldikdə, Rusiyanın təhlükəsizliyi ilə bağlı suallar yaranır. Hansı ki, Rusiya hakimiyyətdəki "qədim xalqın" nümayəndələrinin əli ilə, əslində, insanlara ümumi nəzarəti ələ keçirən qlobalist bir elektron konslager düşərgəsinə çəkilir. Bu nəzarət mərkəzi mütləq Rusiya Federasiyasından kənarda yerləşəcək.
Xatırladaq ki, Mixail Mişustin karyerasına başlamaq üçün ilk növbədə Beynəlxalq Kompüter Klubunun həmtəsisçisi Levon Admilyana borcludur.

Hazırda isə, hesab olunur ki, bütün kompüter texnologiyaları Qərbin nəzarəti altındadır - əslində Qərbin yox, Çinin nəzarəti altındadır və ya Çin üzərindən dünyanı qloballaşma vasitəsi ilə tam nəzarətinə keçirməyə çalışan Qlobal Mafiyanın əlindədir.
Mixail Mişustin, Rusiyada informasiya nəzarəti sahəsindəki son qlobal nailiyyətlərin tətbiqi ilə məşğul idi. O, həmçinin vergi kimi bir sahədə, biznesin rəqəmsal nəzarət sistemini qurdu.
Bu gün mediyada Mixail Mişustini hər yöndən tərifləyənlər, onun aşağı və orta vergi orqanlarında korrupsiya hallarını aradan qaldırdığını vurğulayırlar. Ancaq heç kim bu sistemin müxtəlif sahələrdə kiçik və orta sahibkarlığın tam ləğvinə səbəb olduğunu söyləmir. Həqiqətən, Rusiya geridə qalan minlərlə kiçik və orta müəssisə vergi orqanları ilə ən aşağı səviyyədə “danışıqlar aparmaq” və heç olmasa bir şəkildə “bir yol tapıb, rahatlaşmaq”la sağ qalırdılar. Bu gün belə deyil.
Bütün bazar böyük şəbəkə quruluşları ilə yanaşı etnik müəssisələr arasında bölünür. Və aydındır ki, belə bir "şəffaf" sistemdə, erməni diasporuna bağlı olan iri biznes bütün güzəştləri əldə edir.
Buna görə Rusiya Federasiyasının federal vergi xidmətinin rəhbəri Mixail Mişustinin rəhbərliyi və Rusiyadakı erməni biznesinin kəskin şəkildə güclənməsi bir-birilə sıx bağlıdır.

Mişustin hələ xarici siyasətdə özünü göstərməyib. Ancaq nəzərə alsaq ki, təxminən 100% ehtimal ilə, həmkəndlisi Lavrov-Kalantarovun nəzarəti altında qalacaq - separatizmə və sərhədlərin yenidən qurulmasına dəstək, etnik təmizlənmənin davam etdirilməsi ehtimalı var. Bu o deməkdir ki, Gürcüstan özü Abxaziya və Tsxinvali bölgəsinin işğalı məsələsində yeni baş nazirin köməyinə arxalana bilməz.
Bundan əlavə, Mişustinin Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin varisi olmaq ehtimalı böyükdür. Axı baş nazirin şəxsiyyəti çoxları tərəfindən nəzərə alınır. Xüsusilə Kremlin yeni baş nazirin  (Margarita Simonyanın rəhbərlik etdiyi ), Mixail Mişustinin təbliğatını necə “dövriyyəyə buraxdığını” nəzərə alsaq - Rusiyada erməni mənşəli bir insanın tam hakimiyyətə gəlməsi çox inandırıcıdır. Bəs nəticə hara kimi gedəcək? İsrailin ABŞ-a hökm edib, istədiklərini ABŞ-ın əliylə alması kimi, Ermənistan da Rusiyadan "çomaq" kimi istifadə edərək "Böyük Ermənistan" uğrunda irəliləyəcəkmi? Və bir sual daha - Putin "Putin" olsaydı, Rusiyanı rəsmən ermənilərin əlinə verərdimi?  
"Kavkazplus"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az