Rusiya şirkəti "qırmızı çaya" axıntı sızmasını təsdiqləyir

Dünyanın ən böyük nikel istehsal edən şirkəti etiraf edib ki, zavodların birində baş verən sızma nəticəsində Rusiyanın şimalında axan çay qırmızı rəngə boyanıb.
Norilsk Nickel deyib ki, sentyabrın 5-də yağan güclü yağış Nadejda zavodunda "filtrasiya bəndinin" dolmasına səbəb olub və o daşaraq Daldykan çayına tökülüb.
Buna baxmayaraq insanlar və vəhşi təbiət üçün hər hansı təhlükənin olmadığı deyilir.
Norilsk yaxınlığında qırmızı rəngə boyanmış çayın fotoları yayılanda şirkət bununla bağlı hər hansı məsuliyyət daşımasını qəti inkar edirdi.
Rusiyada olan Greenpeace fəalları deyib ki, onun təsirlərini müzakirə etmək hələ tezdir.
"Siz deyə bilməzsiniz ki, bu elə də böyük bir şey deyil", Alexsey Kiselyov AFP xəbər agentliyinə deyib.
O deyib ki, Norils Nickel hadisə baş verən Taymır yarımadasında bütün girişə nəzarət edir və bu da tədqiqatçıların əraziyə daxil olaraq çirklənmənin səviyyəsini müəyyən etməyə çətinlik yaradır.
Ətraf Aləmin Müdafiəsi nazirliyi ötən həftə bəyan etmişdi ki, mis-nikel konsentratlarının axıdıldığı boru kəmərinin deşilməsi çayın rənginin dəyişməsinə səbəb ola bilər.
Bəzi qruplar şirkəti zəif təhlükəsizlik standartlarına malik olmaqda günahlandırıb.