Rusiya səfirliyinin avtomobili qəzaya düşüb - BAKIDA

Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb.
 
Hadisə paytaxtın Bakıxanov küçəsi 11 ünvanında qeydə alınıb. Rusiyanın Bakıdakı səfirliyinə məxsus “Hyundai” markalı, 004 D 010 dövlət qeydiyyat nişanlı maşın Nicat Bəhmanlının idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
 Faktla bağlı araşdırma aparılır.