​Rusiya səfirliyi minaatanlardan atəşə tutulub — SON DƏQİQƏ

Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, terrorçular tərəfindən atılan mərmi Rusiya səfirliyinə düşüb.
“Noyabrın 20-də, saat 10:35-də Suriyanın paytaxtı Dəməşq şəhərinin terrorçular tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində mərmilərdən biri Rusiya səfirliyinin ərazisinə, yaşayış kompleksinin yaxınlığına düşüb. 122 mm-lik mina binanın divarını, elektrik xətti və su təchizatı sistemini zədələyib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, hücum Rusiyanın Suriya ilə bağlı yeni danışıqlara hazırlaşdığı dövrdə baş verib.