Rusiya Əsədə "dirijorluq edib" İdlibi bombaladır, Türkiyəyə "Liviyaya əsgər göndərmə" deyir - SİYASİ İRONİYA

Baxış sayı:
2275

Rusiya Dövlət Duması Beynəlxalq Əlaqələr Komitəsi başçısı Leonid Slutski Liviyaya əskər göndərilməsnə dair qətnamənin TBMM-də qəbul edilməsinin  «narahat edici" olduğunu dedi.
Slutski bu barədə Rus KİV-nə açıqlama verdi.
Muxalifet.az 
bu barədə "Hurriyet"ə istinadla xəbər verir.
Tripolinin tələbi üzrə Liviyaya əsər göndərmənin böhranı daha da dərinləşdirə biləcəyini və qarışıq hala gətirəcəyini iddia edən Slutski, “Rusiyanın Liviyadakı böhranı “siyasi və diplomatik” vasitələrlə həllinin tərəfdarı olduğunu qeyd edərək, hərbi müdaxilənin qətiyyən ən optimal həll yolu olmadığını” irəli sürdü.
Slutski BMT-nin vasitəçiliyi ilə və beynəlxalq birliyin cəhdləriylə Liviyadakı böhranı həll etmək üçün, dinc yollar axtarmağa davam edilməsinin vacib olduğunu dedi.
P.S. Yəqin Slutski türk dövlətini ya çox sadəlövh hesab edir, ya da özlərini buna inandırmaq istəyirlər. Bir müddət əvvəl prezident Ərdoğan “Vaqner muzdlu ordusunun Liviyada nə işi var” bəyanatına cavab verməməklə, guya Vaqnerin Liviyada nələr etdiklərindən xəbərləri olmadığını göstərmək istəsələr də, onların vəziyyəti “başını kola soxmuş kəkliyin” vəziyyətinə oxşayır. Türkiyənin yerləşdiyi regionda olan və bu ölkə ilə tarixi bağları olan, Türkiyənin geopolitik mövqelərinə birbaşa təsiri olan Liviyada Ankaranın var olması qaçılmazdır, qaçqın dalğası hərəkətə başlayarsa, Türkiyəyə üz tutacaqdır. Rusiya bu regiona neçə kilometrlərlə uzaqda olsa da, buranı öz nüfuz dairəsi hesab edib, ona elə Ankaranın etməsini istəmədiyi hərbi müdaxiləni özü rəsmi boynuna almadığı, birbaşa Kremlə bağlı olan “Vaqner” muzdlu ordusu ilə “necə lazımdısa” özü etsə də, “sən müdaxilə etmə” deyə bilir və özünü bunda haqlı bilir. Halbuki Suriyadan neçə milyon qaçqını Rusiya deyil, Türkiyə idarə etdi. Yenə də Ankaranı yeni qaçqın dalğasıyla məşğul edib, Liviya məsələsinə qarışmaması üçün, Əsədə “dirijorluq edib” İdlibi bombaladır. Slutski, Türkiyə əvvəlki Türkiyə deyil, o, indi daha böyük oynayır! Bununla barışacaqsınız, xoşunuza gəlməsə də! Əslində, sizin Türkiyənin nüfuz dairəsinə aid olan ərazilərdə nə işiniz var? Həm də muzdlu qatil dəstəniz “Vaqner”lə?
Muxalifet.az