Rusiya sabiq müdafiə nazirini Ermənistana verməkdən imtina etdi

Baxış sayı:
2434

Ermənistan 1 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işi üzrə MDB ölkələrinin beynəlxalq axtarışında olan ölkənin sabiq müdafiə naziri Mikael Arutyunyanın onlara verilməsi üçün Moskvaya sorğu göndərib.
 
"İnterfaks" xəbər verir ki, ekstradisiya ilə bağlı sorğu Rusiya hüquq-mühafizə orqanlarına daxil olub.
M.Arutyunyanın 2002-ci ildən Rusiya pasportuna malik olması müəyyən edildiyindən hələlik onun ekstradisiyasına rədd cavabı verilib. Rusiya Konstitusiyasına görə, Rusiya vətəndaşları hətta cinayət məsuliyyətinə cəlb edilməsi üçün belə xarici ölkələrə verilmir.
Qeyd edək ki, iyul ayında Yerevan Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı Levon Sarqsyanı, qardaşı qızı Anin Sarqsyanı və M.Arutyunyanı beynəlxalq axtarışa verib.